March 17, 2015

Elə-belə

Sən axı bilirsən mən necə yadam
Sənə də,tutduğun o yad ələ də.
Səncə ola bilər mən kimi adam?
Ölmüş sevgisini sevə hələ də.

Ölmüsən, beynimdə cəsədin qalıb
Kölgəmi adlayıb, bənd olub mənə.
Getmisən, gələnlər həsəd aparıb
Sabaha sağ çıxan dünənki sənə.

Mənə bu yaddaşı oyuncaq verib
Qırdığım hər şeyin yenisin alır.
Cənnətdən almanı dərənlər dərib,
Yazan da bədəlin bizlərə yazır.

Sən axı bilirsən mən kimi adam
Özünə yalanı sevdirə bilər.
Özümə də yadam, sənə də yadam
Kim kimi özünə qaytara bilər?

No comments:

Post a Comment