March 24, 2015

Doğulmayan şeirim

Nəfsini mənimlə sınağa çəkmə,
Mən səni özündən ala bilərəm.
Sevgini içində döndərib daşa,
Səni öz gözündən sala bilərəm.

Ayrılıq süni bir tamaşa deyil,
Səhnədə səninlə ölə bilərəm.
Ağacı yarpaqsız çəkən rəssamın
Fırçasın əlində bölə bilərəm.

Nə ana, nə ata həsrəti çəkmə,
Səni şeirimdə mən doğa bilərəm.
Özgənin təbindən qopacaq eşqi
Bətnimə düşmədən boğa bilərəm.

No comments:

Post a Comment