September 27, 2012

Facebook Statuslarım silsiləsindən....:)


Sözlərin istəkdən yayındırma xüsusiyyəti olmasaydı...Amma Kaş və Bəzən...

Əsəb çox qəribə bir şeydir...Elə bil ki,içəridə hansısa tüstü dolu bir qazanın ağzını açırlar və bütün tüstü içinə dolur. Yumruğunu ya o qapağı açmağa cəhd edənin üzünə, ya da divara yaraşdırırsan.Ancaq seçimin divar olur. Xeyri yoxdur, yenə də boğulursan. Sonra kimsə gəlir yenidən o qazanı örtür,başını qatır,unutdurur. Amma o tüstü bir dəfə içinə doldusa, yayıldısa "yumruğunun seçimini dəyişdirə bilsəm" deyə-deyə…

Oxumasan da, Doğum Günün münasibətilə səni təbrik edirəm. Çoxlarını  girdabına alıb əsir edən gözəlliyinin əsirlərinə azad olunmağı, o girdabın Tək sahibinə çevrilən insana səninlə xoşbəxt olmağı, mənim kimi Turistlərə isə uzun və səni unutduracaq qədər maraqlı yollar arzulayıram. Sənə  isə özünə xəyanət etməyib, özünü qorumağı arzulayıram. Üzün, gözlərin və ürəyin həmişəki kimi bir-birlərinin yalanını örtməyi bacarsın …

"Fevraldir,qalın geyin,üşüyərsən!", "İyundur, nazik geyin,tərləyərsən" cümlələriylə,həmişə böyüklər bizi fəsilə görə qəliblərə saldılar. Əzəldən girə bilmədiyim qəliblərdən biri idi. Gündəlik hava durumuna görə geyinirdim, önəmli olan mənim üçün hava necədir deyə düşünürdüm. Səni seçəndə də nə üşüyürdüm,nə də isti idi,sadəcə təqvimimdən bütün fəsilləri silib yeni BİR-ini daxil etmişdim... Amma sən də böyüklər kimi düşündün.

Üzə dəyən sillənin,burxulan ayağın ağrısını görə bilməyib hiss etdiyin kimi, hisslərinin fikirlərinə verdiyi ağrını da yaşamış olmaq insanı yorur... Vallah,yorur... Ürəyin ağzına gəlir sanki... Sonra kiminsə dediyi söz, güldürdüyü an "ağrikəsici" kimi bir müddət keyidir...Sonra isə …Sonrası da bəllidir onsuz da...

Bi' gölgen vardır, ya senden önde, ya da senden geride olur... Bazen de sende olur,içinde olur...Bi' göz yaşın vardır, ya elmacıklarında olur, ya gözlerine dolur. Bazen de sende olur,içinde olur. Benzetmek için seni kendime bi' cizgi aradım, ama ne ruhumda, ne tenimde benzerlik buldum. Bi' tek göz yaşıma ve gölgeme benzer buldum seni...

Ürəyimin səndən ilhamlanaraq sıraladığı sözləri, cümlə kimi oxumağa çatmayan hövsələn olmaq istərdim...Ya da, sənin o "bilgisizliyin" olmaq yerinə, öyrəndiyin ilk hərflər olmaq istərdim...Ya da, sadəcə anlamasa da, oxumaq üçün baxan gözlərinin gördüyü şəkilli kitabın ən yadda qalan səhifəsi olmaq istərdim...

Qiyamətə üz tutan "bəzi"ləri,yolda "şəxsiyyət" vəsiqələrini itirməsələr yaxşıdır ...

Heyf...Xoşbəxtliyin bünövrəsi qoyularkən əlinə bel alanların arasına cıxıb öz daşını o bünövrəyə atmaq üçün uşaqlığının  zavalına gələn insanın arzularına heyf....Heyf...Heç bu sözü işlətmək üçün tələsməzdi...Amma "mərdi qova-qova namərd etmək" var ikən...Heyf...


Sarılıp uyuduğu insanın koynundan sevdiğini, yazdığı  mesajın sesiyle koparmaya cesaret edenlerin "kör"lüğüne sahip olmak isterdim...

"Ruhum azaddır" deyildiyində gülənlər,"azadlığın" nə olduğunu ya bilmirlər, ya da ki, doğru bildiklərini sanırlar.Azaddır deyəndə, dost hesab etdiyi ruhların əlindən çəkinmədən tuta bilməyi bacarmaqdır,sevirəm dediyi insanı təqdim etmək üçün illa ki, barmağında bu sevginin nişanəsinin olmasını gözləməməkdir, şəhərin ən gözəl küçələrinin əyninə gecəni geyindiyi zaman ən gec saatlarda onu seyr etməyə danlaq gözləmədən gedə bilmək və peşman edilmədən geri qayıda bilməkdir.

Bilmirəm gecə arsızdır,yoxsa gündüz...Gecə gözümün önündə növbəsini səhər verir. Şəhərin əyninə geydiyi işıqlı aksesuarlarıyla gecə,soyunur və ondan qalan mənzərəyə səhər,ya da gündüz deyirlər...Bilmirəm, gecə soyunmaqla arsızdır,yoxsa səhər özü olmadığı halda adını başqasının üstünə yazmaqla arsızdır....

"Olar"larımın yaşı yoxdur, həmişə gəncdirlər, ya da doğulduqları yaşda qalıblar...Amma "Olmaz"larım... Onların yaşı artıq məni də qocaldır....

"Onsuz da heç kəs görmür" deyib yenidən öz əlimlə siləsi olmasaydım,xatirələrin üzünə tüpürərdim....

Unutmaq üçün yaddaşımı əvvələ alıram. Birinci növbədə,ön sırada olan sözləri silirəm, onlar silinərkən üz cizgilərindən parçaları da qoparır. Sonra keçirəm arxa sıradakı cümlələrə,çox qarışıq olduğuna görə birini silməyə başladıqda,digərləri qarışıqlıqdan istifadə edib önə keçir. Cizgilər yenə canlanır. Bu yaddaşıma ziyandır, lent cızılır sanki, xarab olur amma içindən heçnə silinmir. Məgər mənim keyfiyyət düşkünü olduğumu bilmirdin?

Ha ha...Sənin oxumadığın sözlərin sərrafı olmaq... Ha ha ha .... Lap üç marketin yanında dördüncüsünü açmağa bənzəyir...Adi 'market" olduğuna görə, dördüncü olduğuna görə heç gəlib qapısını açmazsan da. Elə bilərsən ki,digər  üç marketin mallarından satılır.Hm...Ha ha...Sənin oxumadığın sözlərin sərrafı olmaq... Nəyə bənzəyir,dəqiq bilmirəm...Amma gülüş doğuran ağrılardan  biridir...


Səmanı ulduzlar saxlayır ki, başımıza düşməsin-deyə duymuşdum ağıllı birindən. Bugün səmaya baxdım,ağ buludlar daha aşağıda, gömgöy səma isə ulduzlarıyla birlikdə daha yuxarıda idi... Aralarındakı boşluq məni bir anlıq qorxutdu. Ağ buludlar o qədər yaxın idilər ki, elə bildim ya məni yuxarı çəkəcəklər, ya da üstümə düşüb əslində keyfsizliyin nə olduğunu daha yaxşı anladacaqlar... Qəribə hiss idi...Yenə də tam ifadə olunmur.

Bir də hiss edirsən ki, ürəyin dardadır. Ora çırpınır, bura çırpınır.Çırpıntılar gah keyidir, gah ağrıdır, gah ağladır,gah güldürür,ancaq bütün bunları unutdurmağı bacarmadığına görə təzminat kimi ödəyir.Başını aldadır, qısacası. Bir də görürsən ki, ürək dardadır... Ora çırpınır, bura çırpınır. Bir də görürsən ki, ürək qazandığı çata görə sıxılır,bu baş aldadan çırpıntılar isə onu sınıq-sınıq edib...


Şarkıların beni nereye götürdüyü önemli değil, eğer geri döndüyümde konuştuğum yalnız göremediğim oluyorsa...Hayr, şarkılar güzel, götürdükleri yer de güzel, bir tek nefes almayı görmek istediğimi göstermemekle kısıtlamışlar....Her şey öyle değil mi? Her şeyin bi bedeli yokmu? Ya....Öyle işte...Bazı şeylere bedel biçilir, ama ödenemez...Bazı şeyler ise bedelsiz, ama ödenir yine de...Garip ya...Sana bu hayatda bir gariplik olduğunu söylemişmiydim? Ha, kusura bakma, unuttum...Söylemişimdir...


Şarkılarda sözleri susarak aşmak deniyor, denedik galiba. Doğruymuş...Daha kaç şarkı sözünün tebessüm altında saklanan hüzün olduğunu kanıtlamam gerek ki, çok zaman geçti dediklerinde her şeyi unutmuş olayim??? Sen susgunluğu aşamadın galiba...Hiç aşamayacaksın ya, ondan korkuyorum....


Məni əhatələyən fellərin inkar şəkilçisini qucaqlayaraq cümlələrimin xəbəri olmağa , ismini qoruyub varlığını itirən mübtəda olmadan cümlələrimin sonunda gəlməyə olan iddialarını rədd etsəm də,onlar mənə kələk gəldi...Cümlələrimin başına keçib,mübtədanın yerini doldurdular ki, sona çatana kimi mübtədamın rolunu unutdursunlar. Bacarmayıblar, narahat olma.Mən mübtədanı parçalara bölüb onu təyinlərdə,zərfliklərdə, zaman zərfliklərində və s. cümlə üzvlərinə qataraq gizlətdim və onun nəfəsini cümlələrimdən kəsmədim...

Gecə ...Bilmirəm səndə nə var,ay Gecə?! İnsanların zəngin nitqlərini içlərində əsir tutaraq onları böyük addımlara ilhamlandırırsan... Bircə ehtiyatli olsunlar deyə xəbərdarlıq etməyi qəsdən unutdurursan... Addımlar bəzən addım, bəzən isə Səhv adlanırlar. Gündüzləri sənin yetirmələrin qınaq obyektinə çevrilsələr və peşman olsalar da, sən yenidən gəldikdən sonra özlərini sənin dayağınla haqlı sanılar...Gecə, sənin hiylənmi var, sehrinmi?!


Sən heç vaxt öyrənmiş olmayacaqsan, mənim iki doğum günü tariximin olduğunu: biri adəti üzre dünyaya öz gözlərimin açıldığı tarixdir ki,hər il dönümündə bir arzu tutub ürəyində növbəti ad günümə kimi həyata keçməsini diləyirəm.İkincisi isə sənin dünyaya gəldiyin tarixdir ki, o tarix yetişənə kimi arzu tuturam və heç olmasa o BİR gündə arzumun siluetinin qarşıma çıxmasını diləyirəm...

Boylan, boylan! Pəncərədən boylan, balkondan boylan! Gah nəfəs almaq bəhanəsiylə, gah möcüzə görmək bəhanəsiylə, gah da ... Nə bilim, o qədər bəhanə var ki, pəncərələr pərdələrdən ayrılsın, balkon qapıları açıq buraxılsın ... Nə sən möcüzə içəri daxil olacaq qədər alçaq mərtəbəni seçmisən, nə də aşağıda olanlar möcüzəni yuxarıda axtarmağa meyllidirlər.... Boylan, boylan!!!

Sənin gözlərində nə görürlərsə görsünlər, bircə məni görməyəcəklər. "Məni" deyəndə öz əksimi nəzərdə tutmuram, mənim sənin gözlərində gördüklərimin yaratdığı mənzərəni öz fırçamla beynimə çəkdiyimə görə müəllif olaraq özümü qeyd etmişəm,"Məni"...Kaş ki, heç nə ifadə etməyən o gözlərdən bu qədər çox rəng almasaydım... Rəsm çəkəcəm deyə əlimə fırça aldım, rəsm çəkəcəm deyə gözlərindən rəng aldım,ancaq çox hissəsi mayedən ibarət olan beynimdə "ebru sənəti" əvəzinə, bulanıqlıq yaratdm...Çəkdim Səni, ey Uğursuz Şah Əsərim!!!

No comments:

Post a Comment