February 8, 2017

Çağır

Çağır yalnızlığı, gəlsin qorxmasın,
Ürəyim boşalır, ona da yer var.
Vursun əcəli də qoluna gəlsin,
Bu dünya genəlir, ona da yer var.

Yandıraq tütünü, içək şərabı,
Havasız ciyərdə dumana yer var.
Çağır diriləri, ölü də gəlsin,
Boşalır masalar, ona da yer var.

Boşuna torpağa vurmayın kürək,
Mənim yaddaşımda yatmağa yer var.
Çağır o rəssamı seçərək bir rəng
Gəlsin, ürəyimdə cızmağa yer var. 

No comments:

Post a Comment