March 15, 2014

Gözlərim keçmişi qaytara bilsə

Bu şeirim www.qafqazpress.az saytında yayımlanmışdır. 

Getdiyin  yollara baxmağa nə var?
Gözlərim gedəni qaytara bilsə.
Dərdlərdən bir günlük qaçmağa nə var?
Bir ömür o günü ovuda bilsə.

Barmaq uclarına köçən zəriflik
Bir iz saxlamadan çəkilə bilsə,
Keçmişlə bir ömür sürməyə nə var?
Əllərim istisin qoruya  bilsə.

Hər üzdə cizgini tapmağa nə var?
Ürəyim yüz yerə bölünə bilsə.
Sözlə körpü salıb keçməyə nə var?
Ünvanı körpülər tanıya bilsə.

3 comments:

  1. Ləman xanım,bir oxucunuz kimi sizə sual vermək istəyirəm:baxmaqla görmək arasında fərq nədir?

    ReplyDelete
  2. Bir də köç zamanı göz yaşlarını damla-damla toplaya bilərikmi?)

    ReplyDelete
  3. Baxmaqla göz yaşlarını damla-damla toplamaq olmur. Görmekle, belke mümkün oldu...

    ReplyDelete