December 15, 2013

Həyat

Əlinin çirkabın  çəkdim üstümə,
Təki sən qüsursuz qal dedim, Həyat!
Palçıq da yaraşar gözəl bənzimə,
Bəxtimin naxşını çək dedim, Həyat!

Palçığın qidası oldu göz yaşı,
Sən görüb gözümün yaşın silmədin.
Ölənə qoydular mərmər başdaşı,
Diriyə yaşamın sirrin vermədin.

Şalvarın balağın qatlayıb dizə,
İstədin torpağı tapdayaq, Həyat!
Sən demə, fələyi göndərib bizə,
Dizimin taqətin alırdın, Həyat!

Cavana qəm yemə, yaşa deyirlər,
Deyirəm hər nəslin dərdicavandır.
Mən qoca demirəm, köhnə deyirəm,
Çünki hər qocanın ruhu cavandır.

No comments:

Post a Comment