January 4, 2013

BAŞLIQSIZLARIM...


               "UNTITLED_1"

Hər sətrdə yalan yatan sətrlərin,
Doğrusunu dadmaq üçün tutdu qələm.
Ölçüldükçə boyu artan metrlərin,
Döngələrin azmaq üçün atdı qədəm. 

                "UNTITLED_2"
Gəl dinmə sən, varlığımdan incinmə sən,
Gedişini unutmadım, gəlişimdən diksinmə sən.
Sök qəlbimi, qır əlimi, bük belimi,
Ağlım oyaq, gəl sözümdən silkinmə sən.

                "UNTITLED_3"
Toxun, toxun keçmişimin sirrlərinə,
Bəlkə belə sığal çəkəm bəyazlaşmış tellərinə,
Boylan, boylan küçəmizin hər tininə
Bəlkə belə tanış gələm zorla sezən gözlərinə.


                  "UNTİTLED_4"
Pozma gülüm, əhvalını,
Gedən, geri dönən deyil.
Buraxdığı boşluq da ki,
Özü gəlsə, dolan deyil.


                  "UNTİTLED_5"

Boğazımda düyünləndi sözlərim,
Yola saldım, sonra yolun gözlədim,
Dostcasına sarılıb da öpmədim,
Köklər gedib, şəkilçilər qalıbdır...

                  "UNTİTLED_6"

Mənim üçün davam edən nağılın,
Sonunu yazdılar, mən oxumadım.
Baxmadım dadına o üç almanın,
Payımı tutdular, əl uzatmadım...

                   "UNTİTLED_7"

Gülümsədikcə sənə, artdı ümidim,
Bilmədim sən onu, məndə alarsan.
Soyundu könlümdə təmiz hisslərim,
Bilmədim gözümdən eşqi salarsan.

                  "UNTİTLED_8"

Dedilər, mən dünən dünyaya gəldim,
Anam da, atam da böyüməmişdi.
Dedilər uşaqsan, susdum, izlədim.
Uşaqlar qocaldı, böyük görmədim.

                   "UNTİTLED_9"

Görən çoxsa, çöpü dünya gözündə,
İçəninə, çəkəninə mərhaba!
Kor edəcək dünya sizi özündə,
İtəninə, batanına mərhaba!

No comments:

Post a Comment