February 26, 2013

Yenə aylar dönər unutmaq üçün ....

Yenə illər sonra görərəm səni,
Bir də aylar dönər unutmaq üçün.
Gözlərim əzbərdən çəkər rəsmini,
Közərmiş ocağı qalamaq üçün.

Yolunu salsaydın sən qışa sarı,
Xəyalım düşərdi qarda izinə,
Günəşin üzünü örtsəydin  barı,
Qoymazdın qardan da izin silinə.

Səssizlik nə yaman sınayır məni!
Tilsimin qırmağa gücüm qalmayıb.
Həsrətin də yaman qınayır məni,
Unutdum deməyə üzüm qalmayıb.

Bir yad təbəssümdə taparam səni,
Bəlkə üzüm gülər tanışmaq üçün,
Hər yadda bir parça saxlaram səni,
Bəlkə varlığını  uzatmaq üçün.

1 comment: