February 26, 2013

Nəyə inanım?


Deyirsən inanım, nəyə inanım?
Gizli həqiqətə, aşkar yalana,
Yoxsa ki, səndəki sənə inanım?
O zaman tanışdır onunla məni,
Tanıyım, anlayım, öyrəşim bir az.
İçində gizlənən o gizli səndə,
Sözlərə, səslərə, sirrə inanım.
Yəqin ki,dolanır başına dünya,
Çarxına ilişib hərlənir başın.
Mənim aləmimdən bixəbər sənə,
Yoxsa səndə sərxoş sənə inanım?
Gözümə ürəksiz baxan gözlərə,
Yaxud da, sözdəki heçə inanım?
Uzaqdan üstümə uzanan ələ,
Yaxından qırılan qola inanım?
Deyirsən: sən axrı inanacaqsan!
Bəlkə də cümlənin tamamıyam mən.
İnanmaq işini zora salmayım,
Bəlkə də  özümün yalanıyam mən.
Şeirdə dil açır ürəyim mənim,
Sanırsan özümün satqınıyam mən.
Deyirsən inanım, nəyə inanım?
Səndə həqiqətə, məndə yalana,
Yoxsa ki, tərsinə, ziddə inanım?


No comments:

Post a Comment