Sözlərin istəkdən yayındırma xüsusiyyəti
olmasaydı...Amma Kaş və Bəzən...
Əsəb çox qəribə bir şeydir...Elə bil ki,içəridə hansısa tüstü
dolu bir qazanın ağzını açırlar və bütün tüstü içinə dolur. Yumruğunu ya o
qapağı açmağa cəhd edənin üzünə, ya da divara yaraşdırırsan.Ancaq seçimin divar
olur. Xeyri yoxdur, yenə də boğulursan. Sonra kimsə gəlir yenidən o qazanı
örtür,başını qatır,unutdurur. Amma o tüstü bir dəfə içinə doldusa, yayıldısa
"yumruğunun seçimini dəyişdirə bilsəm" deyə-deyə…
Oxumasan da, Doğum Günün münasibətilə səni təbrik edirəm. Çoxlarını girdabına alıb əsir edən gözəlliyinin əsirlərinə
azad olunmağı, o girdabın Tək sahibinə çevrilən insana səninlə xoşbəxt olmağı,
mənim kimi Turistlərə isə uzun və səni unutduracaq qədər maraqlı yollar
arzulayıram. Sənə isə özünə xəyanət etməyib,
özünü qorumağı arzulayıram. Üzün, gözlərin və ürəyin həmişəki kimi bir-birlərinin
yalanını örtməyi bacarsın …
"Fevraldir,qalın geyin,üşüyərsən!", "İyundur,
nazik geyin,tərləyərsən" cümlələriylə,həmişə böyüklər bizi fəsilə görə qəliblərə
saldılar. Əzəldən girə bilmədiyim qəliblərdən biri idi. Gündəlik hava durumuna
görə geyinirdim, önəmli olan mənim üçün hava necədir deyə düşünürdüm. Səni seçəndə
də nə üşüyürdüm,nə də isti idi,sadəcə təqvimimdən bütün fəsilləri silib yeni
BİR-ini daxil etmişdim... Amma sən də böyüklər kimi düşündün.
Üzə dəyən sillənin,burxulan ayağın ağrısını görə bilməyib
hiss etdiyin kimi, hisslərinin fikirlərinə verdiyi ağrını da yaşamış olmaq
insanı yorur... Vallah,yorur... Ürəyin ağzına gəlir sanki... Sonra kiminsə dediyi
söz, güldürdüyü an "ağrikəsici" kimi bir müddət keyidir...Sonra isə …Sonrası
da bəllidir onsuz da...
Bi' gölgen vardır, ya senden önde, ya da senden geride
olur... Bazen de sende olur,içinde olur...Bi' göz yaşın vardır, ya
elmacıklarında olur, ya gözlerine dolur. Bazen de sende olur,içinde olur.
Benzetmek için seni kendime bi' cizgi aradım, ama ne ruhumda, ne tenimde
benzerlik buldum. Bi' tek göz yaşıma ve gölgeme benzer buldum seni...
Ürəyimin səndən ilhamlanaraq sıraladığı sözləri, cümlə kimi
oxumağa çatmayan hövsələn olmaq istərdim...Ya da, sənin o
"bilgisizliyin" olmaq yerinə, öyrəndiyin ilk hərflər olmaq istərdim...Ya
da, sadəcə anlamasa da, oxumaq üçün baxan gözlərinin gördüyü şəkilli kitabın ən
yadda qalan səhifəsi olmaq istərdim...
Qiyamətə üz tutan "bəzi"ləri,yolda "şəxsiyyət"
vəsiqələrini itirməsələr yaxşıdır ...
Heyf...Xoşbəxtliyin bünövrəsi qoyularkən əlinə bel alanların
arasına cıxıb öz daşını o bünövrəyə atmaq üçün uşaqlığının zavalına gələn insanın arzularına
heyf....Heyf...Heç bu sözü işlətmək üçün tələsməzdi...Amma "mərdi
qova-qova namərd etmək" var ikən...Heyf...
Sarılıp uyuduğu insanın koynundan sevdiğini, yazdığı mesajın
sesiyle koparmaya cesaret edenlerin "kör"lüğüne sahip olmak
isterdim...
"Ruhum azaddır" deyildiyində gülənlər,"azadlığın"
nə olduğunu ya bilmirlər, ya da ki, doğru bildiklərini sanırlar.Azaddır deyəndə, dost
hesab etdiyi ruhların əlindən çəkinmədən tuta bilməyi bacarmaqdır,sevirəm
dediyi insanı təqdim etmək üçün illa ki, barmağında bu sevginin nişanəsinin
olmasını gözləməməkdir, şəhərin ən gözəl küçələrinin əyninə gecəni geyindiyi
zaman ən gec saatlarda onu seyr etməyə danlaq gözləmədən gedə bilmək və peşman
edilmədən geri qayıda bilməkdir.
Bilmirəm gecə arsızdır,yoxsa gündüz...Gecə gözümün önündə
növbəsini səhər verir. Şəhərin əyninə geydiyi işıqlı aksesuarlarıyla gecə,soyunur və ondan qalan mənzərəyə səhər,ya da gündüz deyirlər...Bilmirəm, gecə
soyunmaqla arsızdır,yoxsa səhər özü olmadığı halda adını başqasının üstünə
yazmaqla arsızdır....
"Olar"larımın yaşı yoxdur, həmişə gəncdirlər, ya da
doğulduqları yaşda qalıblar...Amma "Olmaz"larım... Onların yaşı artıq
məni də qocaldır....
"Onsuz da heç kəs görmür" deyib yenidən öz əlimlə
siləsi olmasaydım,xatirələrin üzünə tüpürərdim....
Unutmaq üçün yaddaşımı əvvələ alıram. Birinci növbədə,ön
sırada olan sözləri silirəm, onlar silinərkən üz cizgilərindən parçaları da
qoparır. Sonra keçirəm arxa sıradakı cümlələrə,çox qarışıq olduğuna görə birini
silməyə başladıqda,digərləri qarışıqlıqdan istifadə edib önə keçir. Cizgilər
yenə canlanır. Bu yaddaşıma ziyandır, lent cızılır sanki, xarab olur amma içindən
heçnə silinmir. Məgər mənim keyfiyyət düşkünü olduğumu bilmirdin?
Ha ha...Sənin
oxumadığın sözlərin sərrafı olmaq... Ha ha ha .... Lap üç marketin yanında
dördüncüsünü açmağa bənzəyir...Adi 'market" olduğuna görə, dördüncü olduğuna
görə heç gəlib qapısını açmazsan da. Elə bilərsən ki,digər üç marketin mallarından satılır.Hm...Ha
ha...Sənin oxumadığın sözlərin sərrafı olmaq... Nəyə bənzəyir,dəqiq
bilmirəm...Amma gülüş doğuran ağrılardan biridir...
Səmanı ulduzlar saxlayır ki, başımıza düşməsin-deyə duymuşdum
ağıllı birindən. Bugün səmaya baxdım,ağ buludlar daha aşağıda, gömgöy səma isə
ulduzlarıyla birlikdə daha yuxarıda idi... Aralarındakı boşluq məni bir anlıq qorxutdu.
Ağ buludlar o qədər yaxın idilər ki, elə bildim ya məni yuxarı çəkəcəklər, ya da
üstümə düşüb əslində keyfsizliyin nə olduğunu daha yaxşı anladacaqlar... Qəribə
hiss idi...Yenə də tam ifadə olunmur.
Bir də hiss edirsən ki, ürəyin dardadır. Ora çırpınır, bura çırpınır.Çırpıntılar
gah keyidir, gah ağrıdır, gah ağladır,gah güldürür,ancaq bütün bunları
unutdurmağı bacarmadığına görə təzminat kimi ödəyir.Başını aldadır, qısacası.
Bir də görürsən ki, ürək dardadır... Ora çırpınır, bura çırpınır. Bir də görürsən
ki, ürək qazandığı çata görə sıxılır,bu baş aldadan çırpıntılar isə onu
sınıq-sınıq edib...
Şarkıların beni nereye götürdüyü önemli değil, eğer geri
döndüyümde konuştuğum yalnız göremediğim oluyorsa...Hayr, şarkılar güzel,
götürdükleri yer de güzel, bir tek nefes almayı görmek istediğimi göstermemekle
kısıtlamışlar....Her şey öyle değil mi? Her şeyin bi bedeli yokmu? Ya....Öyle
işte...Bazı şeylere bedel biçilir, ama ödenemez...Bazı şeyler ise bedelsiz, ama
ödenir yine de...Garip ya...Sana bu hayatda bir gariplik olduğunu
söylemişmiydim? Ha, kusura bakma, unuttum...Söylemişimdir...
Şarkılarda sözleri susarak aşmak deniyor, denedik galiba.
Doğruymuş...Daha kaç şarkı sözünün tebessüm altında saklanan hüzün olduğunu
kanıtlamam gerek ki, çok zaman geçti dediklerinde her şeyi unutmuş olayim???
Sen susgunluğu aşamadın galiba...Hiç aşamayacaksın ya, ondan korkuyorum....
Məni əhatələyən fellərin inkar şəkilçisini qucaqlayaraq cümlələrimin
xəbəri olmağa , ismini qoruyub varlığını itirən mübtəda olmadan cümlələrimin
sonunda gəlməyə olan iddialarını rədd etsəm də,onlar mənə kələk gəldi...Cümlələrimin
başına keçib,mübtədanın yerini doldurdular ki, sona çatana kimi mübtədamın
rolunu unutdursunlar. Bacarmayıblar, narahat olma.Mən mübtədanı parçalara bölüb
onu təyinlərdə,zərfliklərdə, zaman zərfliklərində və s. cümlə üzvlərinə qataraq
gizlətdim və onun nəfəsini cümlələrimdən kəsmədim...
Gecə ...Bilmirəm səndə nə var,ay Gecə?! İnsanların zəngin
nitqlərini içlərində əsir tutaraq onları böyük addımlara ilhamlandırırsan...
Bircə ehtiyatli olsunlar deyə xəbərdarlıq etməyi qəsdən unutdurursan...
Addımlar bəzən addım, bəzən isə Səhv adlanırlar. Gündüzləri sənin yetirmələrin
qınaq obyektinə çevrilsələr və peşman olsalar da, sən yenidən gəldikdən sonra
özlərini sənin dayağınla haqlı sanılar...Gecə, sənin hiylənmi var, sehrinmi?!
Sən heç vaxt öyrənmiş olmayacaqsan, mənim iki doğum günü
tariximin olduğunu: biri adəti üzre dünyaya öz gözlərimin açıldığı tarixdir
ki,hər il dönümündə bir arzu tutub ürəyində növbəti ad günümə kimi həyata keçməsini
diləyirəm.İkincisi isə sənin dünyaya gəldiyin tarixdir ki, o tarix yetişənə
kimi arzu tuturam və heç olmasa o BİR gündə arzumun siluetinin qarşıma çıxmasını
diləyirəm...
Boylan, boylan! Pəncərədən boylan, balkondan boylan! Gah nəfəs
almaq bəhanəsiylə, gah möcüzə görmək bəhanəsiylə, gah da ... Nə bilim, o qədər
bəhanə var ki, pəncərələr pərdələrdən ayrılsın, balkon qapıları açıq buraxılsın
... Nə sən möcüzə içəri daxil olacaq qədər alçaq mərtəbəni seçmisən, nə də
aşağıda olanlar möcüzəni yuxarıda axtarmağa meyllidirlər.... Boylan, boylan!!!
Sənin gözlərində nə görürlərsə görsünlər, bircə məni görməyəcəklər.
"Məni" deyəndə öz əksimi nəzərdə tutmuram, mənim sənin gözlərində
gördüklərimin yaratdığı mənzərəni öz fırçamla beynimə çəkdiyimə görə müəllif
olaraq özümü qeyd etmişəm,"Məni"...Kaş ki, heç nə ifadə etməyən o
gözlərdən bu qədər çox rəng almasaydım... Rəsm çəkəcəm deyə əlimə fırça aldım,
rəsm çəkəcəm deyə gözlərindən rəng aldım,ancaq çox hissəsi mayedən ibarət olan
beynimdə "ebru sənəti" əvəzinə, bulanıqlıq yaratdm...Çəkdim Səni, ey
Uğursuz Şah Əsərim!!!