February 25, 2013

Dünya və Xocalı



Yüz yerindən yaralısan, a Dünya,
Daş topuğa dəyir dönüb baxmı(r)san!
Dostlarından aralısan, a Dünya,
Düşmən ona qan uddurub yatmısan!
Qucağında düşmənimə yerin var,
Mənim yerim tapdaq olub, susmusan!
Küzəm sınıb, var-dövlətim dağılıb,
Düşmən yığıb sən də paya qonmusan!
Şahlar ölüb, itlər düşüb oynayıb
Sən onlara öz havanı çalmısan!
Fitnələrin sərgi edib  gözünə
Doğru ölüb, sən yalana qanmısan!
Xocalıdan fərhad qalxıb zilinə
Qulaqların kar mı olub, duymu(r)san?!
Doğru ölməz, sillə dəyər üzünə,
Arsız olub, dərdə niyə yanmısan?!

No comments:

Post a Comment