December 7, 2012

Həmsöhbət

Yaman çevirmisən üzünü məndən,
Saçlarımda gəzən əlin deyilmi?
İnan ki, qəbahət işləyib hərdən,
Səni var sayıram, xəyal deyilmi?  
Səhər oyananda nə deyim sənə?
Sabahın xeyirmi, günün xeyirmi?
Qəlbimi ağlına sən yastıq edib
Ruhumdan yorğanı bəyənmədinmi?
Yanlış anlamayın, bu şəxs özüməm
İçimdəki mənlə söhbətlərimdi
İndi soruşuram özüm-özümdən,
Görəsən, “Mən” mənim hansı səhvimdi?

No comments:

Post a Comment