February 14, 2013

Varlığa bərabər yoxluq

Xatirələr dolansa da, boynuma,
Mən şərf bilib, istisini qanacam.
Damğasıyla keçmiş düşsə, qoynuma,
Savab bilib yaraların saracam.
Yoxluğunda yandırdığım şamları,
Qayıdanda sənə bir-bir sayacam.
Üfür sönsün bu süni işıqları,
Nəfəsinin gücü çatsa, yanacam.
Varlığında baxıb donmuş gözünə,
Yoxluğunda daha çoxdun sanacam.

No comments:

Post a Comment