February 4, 2013

Keçmişimlə vurar məni

Xatırlasan, ovut meni,
Salamınla ucalt meni,
Men dikelib salam alsam,
Sağolunla yıxıt meni. 

Təbəssümün uyar mənə,
Qalan onlar olar mənə,
El rəsmindən xəbərsizdir
Dəli deyib durar mənə

Sabah yeli tutar məni,
Gecələrə atar məni,
Gecə səndən xəbərsizdir,
Min xəyala satar məni.

Gizli-gizli anar səni,
Keçmişimdən sorar səni,
Gələcəyim gələn deyil
Gör haradan vurar məni.

No comments:

Post a Comment