February 8, 2013

DOST


Üzündə üzümü itirmişəm, dost,
Getmisən, özümü itirmişəm, dost.
Bəlkə də aldanıb eşqə filana,
Yalanda  izini itirmişəm, dost.
Bütövü tam edən iki yarımdır,
Düz deyə inanıb, səhv etmişəm,dost.
Yar sözün yarımla tay-dəyiş salıb,
Yadları dostuma tay etmişəm, dost.
Çiynimi tək görüb, görməmiş həyat,
Gözündən çiynini gizləmişəm,dost.
Yolun açıq, bir gün geri dön deyə,
Fələkdən adını gizləmişəm, dost.

No comments:

Post a Comment