Dilimə düşdü bir qığılcım,
Danış dedi, danışmadım.
Paylaş dedi, mənəm sənə sirdaş dedi.
Şərab alıb oturmuşdu,
Ağzım sözün unutmuşdu.
Yanğın çıxdı, beynim yandı,
Danış dedi, küllərimlə barış dedi.
Əllərimi qaldırmışdım tutum onu,
Dağılmasın.
Yayılmasın,
Dığırlanıb çiynimi də yandırmasın...
Mən dadına baxmamışam nə Günəşin, nə şimşəyin...
Necə deyim bəs bilirəm dirilməyi?
Ölüləri cənnətindən tərpətməyi,
Cəhənnəmə maraq salıb ürkütməyi?
Mən heç kəsi çağırmıram, səsim gəlir,
Duyğulara soyunmuram, dualara dönüb gəlir.
Bəlkə ayıq oyanmıram, ona görə yuxum gəlir?
Hansı səhnə qurulmuşdu mən yatanda?
Kim almışdı alqışları, mürəkkəbim dağılanda?
İndi deyir, susma, danış,
Güya ondan bəhsim qalıb!
İndi mənə sirdaş olub,
Elə bilir nəfsim qalıb!
Ox qayıdıb yaya girir,
Yay ovçuyla alay edir.
İndi deyir, susma danış,
Güya sözdən saray edir...
Bir qığılcım...
Bu dünyanın nüvəsindən qopmasaydı...
Təkəbbürüm danışsaydı,
Dəlilərə tay olsaydı...
Ovçu da utanmasaydı..
Bir qığılcım olmasaydı..
Danış dedi, danışmadım.
Paylaş dedi, mənəm sənə sirdaş dedi.
Şərab alıb oturmuşdu,
Ağzım sözün unutmuşdu.
Yanğın çıxdı, beynim yandı,
Danış dedi, küllərimlə barış dedi.
Əllərimi qaldırmışdım tutum onu,
Dağılmasın.
Yayılmasın,
Dığırlanıb çiynimi də yandırmasın...
Mən dadına baxmamışam nə Günəşin, nə şimşəyin...
Necə deyim bəs bilirəm dirilməyi?
Ölüləri cənnətindən tərpətməyi,
Cəhənnəmə maraq salıb ürkütməyi?
Mən heç kəsi çağırmıram, səsim gəlir,
Duyğulara soyunmuram, dualara dönüb gəlir.
Bəlkə ayıq oyanmıram, ona görə yuxum gəlir?
Hansı səhnə qurulmuşdu mən yatanda?
Kim almışdı alqışları, mürəkkəbim dağılanda?
İndi deyir, susma, danış,
Güya ondan bəhsim qalıb!
İndi mənə sirdaş olub,
Elə bilir nəfsim qalıb!
Ox qayıdıb yaya girir,
Yay ovçuyla alay edir.
İndi deyir, susma danış,
Güya sözdən saray edir...
Bir qığılcım...
Bu dünyanın nüvəsindən qopmasaydı...
Təkəbbürüm danışsaydı,
Dəlilərə tay olsaydı...
Ovçu da utanmasaydı..
Bir qığılcım olmasaydı..
Ellerine ureyine saglik.Gozel Qızım mənim.
ReplyDeleteMaşallah gözəl qızıma. Allah c.c Ilhamına qüvvət versin. Çox gözlədir
ReplyDelete..Belke ayıq oyanmıram,
Ona görə yuxum gəlir....